Şrift:
Azərbaycanda temperatur daha da yüksəlir – 36 DƏRƏCƏ İSTİ OLACAQ
20.06.2018 [13:12] - Gündəm, Bildiriş
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi və şimal küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində sabah şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Sabah Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed