Şrift:
"Neftçi"nin yeni transferi Avroliqanın püşkünü dəyərləndirib
21.06.2018 [10:17] - Gündəm, İdman
"Rəqibin kimliyindən asılı olmayaraq, oyuna tam köklənmək lazımdır. Belə turnirlərdə hər bir komanda sürpriz edə bilər".
Bunu "Neftçi" klubunun futbolçusu Baqali Dabo Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirərkən deyib.
Fransalı hücumçu Macarıstan "Uypeşt"ini düzgün qiymətləndirməyə çağırıb: "Uypeşt” Avroliqaya Macarıstan çempionatından vəsiqə qazanmış komandadır. Bu, artıq bir göstəricidir. Amma biz daha çox özümüzü fikirləşməliyik”.
Dabo yeni transferlərin komandaya qısa müddətdə uyğunlaşmalarının vacibliyini də vurğulayıb: "Bizim bir neçə yeni oyunçumuz var, mən də onlardan biriyəm. Komandaya tezliklə uyğunlaşmalı, bir-birimizi daha yaxşı başa düşməliyik ki, Avroliqada uğurla çıxış edə bilək”.
"Neftçi”yə iyunun 17-də keçən forvard özünü komandada çox xoşbəxt hiss etdiyini bildirib: "Buradan razıyam. Növbəti mövsümə bütün komanda kimi, mən də ciddi hazırlaşıram”.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed