Şrift:
Zakir Həsənov: Azərbaycan ən müasir silahlar almaqda davam edəcək
21.06.2018 [10:21] - Xəbərlər, Hərb
Azərbaycan ən müasir silahlar alır və bundan sonra da alacaq. Azərbaycan Ordusunun silahlanmasında yer alan “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri, LORA (LOng Range Attack) operativ-taktiki raket kompleksi, T-90 tankı və s. ən yeni silah və hərbi texnikalardır.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib: “Ermənistanın xüsusi xidmət orqanları Silahlı Qüvvələrimizə qarşı inamsızlıq hissi yaratmaq istəyərək iddia edirlər ki, guya ordumuzun istismarında olan silahlar köhnədir. Təbii ki, savadlı insanlar buna reaksiya vermirlər. Qoy, birinin adını çəksinlər, hansı silahımız köhnədir?! Azərbaycana BMP-3 piyada döyüş maşını və ya BTR-82A zirehli transportyoru gəlirsə, bütün dünya bilir ki, bunlar ən yeni silahlardır. Ordumuzun formalaşma dövründə belə problemlər var idi. Həm dövlətin o qədər imkanı yox idi, həm də çox silahı satmırdılar. Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti nəticəsində hətta Ermənistanın müttəfiqləri belə bizə silah satır. İndi Belarusun üstünə düşüblər. Çalışırdılar, İsrail ilə bizim aramızı vursunlar, ancaq Ali Baş Komandanın siyasəti nəticəsində ermənilərin bu fəaliyyəti hədəfinə nail olmadı və biz bu ölkələrdən ən müasir silahlar alırıq. Bu silahları almaq üçün pul lazımdır. Ermənistanın isə pulu yoxdur, bu ölkə dilənir. Lakin Azərbaycan Ordusu öz gücünə ən müasir silahlar alır və bundan sonra da alacaq”.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed