Şrift:
“Report”: Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
22.06.2018 [12:31] - Gündəm
2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılmış və hazırda dünyanın ən böyük onlayn taksi sifarişi xidməti olan UBER-dən narazılıq artmaqdadır.
Onun fəaliyyəti bir sıra Avropa ölkələrində, eləcə də qonşu Türkiyədə narahatlıqla qarşılanır.
Avropalı sürücülər UBER-in haqsız rəqabət şəraitində fəaliyyət göstərdiyini, vergidən yayındığını, taksi xidməti üçün lazımi lisenziya əldə etmədiyini və təhlükəsizliklə bağlı problemlərinin olduğunu bildirirlər. Bütün bunlar isə nəticəsiz qalmır və bəzi ölkələrdə UBER-ə qarşı müəyyən addımlar atılır.
Məsələn, Böyük Britaniya hökuməti ötən il bəyan edib ki, UBER-in lisenziyası yenilənməyəcək. Belçikada isə bu taksi xidmətinin qeyri-qanuni fəaliyyət növü olduğu, ona qarşı hüquqi addımların atıldığı bildirilb. Türkiyədə isə UBER-in fəaliyyət Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı ilə qadağan edilib: “UBER işi bitib. Avropada UBER varsa, mənə nə Avropadan? Bizim öz taksi sistemimiz var. Taksi sürücülərimizin haqqını başqalarına vermərik”.
Bununla belə, “Report”un analitik qrupu hesab edir ki, UBER-in bəzi ölkələrdə sıxışdırılmasına baxmayaraq tədricən bu cür onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq. Bu, ilk növbədə texnologiyaların inkişaf etməsi, nağd ödənişlərin bazar payının getdikcə azalması ilə bağlı olacaq.
Bundan başqa, yaxın gələcəkdə dünyada sürücüsüz avtomobillər istifadəyə veriləcək. Bu isə UBER və oxşar xidmətlər təqdim edən şirkətlərə ehtiyacı fərqli formada üzə çıxaracaq.
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed