Şrift:
Gölün quruyan hissəsində “Urmu gölü susuzdur” insan zənciri aksiyası keçirilib
27.06.2018 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup azərbaycanlı mədəni fəal Urmu gölünün İran rejimi tərəfindən qurudulmasına etiraz olaraq “Urmu gölü susuzdur” insan zənciri aksiyası keçiriblər.

Aksiya iyunun 22-də gölün quruyan hissəsində keçirilib.

Aksiya iştirakçıları üzərində “Urmu gölü susuzdur”, “Urmu gölü Azərbaycanın çırpınan ürəyidir” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

Yığıncaqda bir neçə azərbaycanlı aşıq və bir rəqs qrupu da iştirak edib.

Oxşar aksiyalar ötən illərdə də Urmu gölü ətrafında dəfələrlə keçirilib. Məqsəd İran hökumətinin göl və bölgədə yaşayan azərbaycanlıların həyatına laqeyd münasibətinə etiraz bildirmək və gölün canlandırılmasını tələb etməkdən ibarət olub.

İran rejimi gölü bərpa etmək yerinə onun canlandırılmasını tələb edən çox sayda ətraf mühit tərəfdarları və mədəni fəalları yaxalayaraq məhkəmə qarşısına çıxarır, onları uzun müddət azadlıqdan məhrum edir.

Urmu gölünün qurtarılması ilə bağlı heç bir əməli iş görülmədiyi üçün hazırda gölün 96 faizi quruyub. Göl təmami ilə quruyarsa, oradan 500 kilometr radiusda yerləşən bütün canlıların həyatı təhlükə ilə üz-üzə qalacaq. Hazırda Urmu gölü ətrafında baş verən duz və qum fırtınaları, zəhərli metalların zərrəciklərini ətraf ərazilərə yaydığı üçün bölgədə xərçəng kimi bir çox təhlükəli xəstəliklər artırıb. Bu vəziyyət bölgənin kənd təsərrüfatı və digər canlılara da öz təsirini göstərir.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed