Şrift:
Dünya Çempionatı-2018-də daha bir ŞOK hadisə: Almaniya 1/8 finala çıxa bilmədi
28.06.2018 [10:11] - Gündəm, İdman
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. “F” qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç oyunları baş tutub.
Bu oyunlardan əsas diqqət “Kazan Arena”da keçirilən Cənubi Koreya - Almaniya oyununa yönəlib. Komandalar nə qədər cəhd etsələr də əsas vaxtda qapılara qol vurulmayıb. Amma oyuna əlavə olunan 6 dəqiqədə Cənubi Koreya iki qol vurub. 90+4-cü dəqiqədə Kim Yinq-Qvon, 90+6-cı dəqiqədə isə Son Hin-Min fərqlənərək oyunun taleyini həll edib. Bununla da oyun Cənubi Koreyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meksika - İsveç oyununda isə tamaşaçılar 3 qol görüb. Oyunun 50-ci dəqiqəsində İsveçin oyunçusu Auqustinsson, 62-ci dəqiqəsində Qrankvist fərqlənib. Oyunun 74-cü dəqiqəsində isə Alvarez avtoqola imza ataraq Meksikanı məyus edib. Amma məğlub olsa da, Meksika 1/8 finala vəsiqə qazanıb.
Beləliklə, son dünya çempionu olan Almaniya Rusiyanı qrup sonuncusu kimi tərk edib.

27 iyun
F qrupu
18:00. Cənubi Koreya - Almaniya - 2:0
Qol: Kim Yinq-Qvon, 90+4, Son Hin-Min,90+6
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

18:00. Meksika - İsveç - 0:3
Qol: Auqustinsson, 50, Qrankvist, 62-pen. Alvarez, 74-avtoqol
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”

1.
İsveç
3
2
0
1
5:2
6
2.
Meksika
3
2
0
1
3:4
6
3.
Cənubi Koreya
3
1
0
2
3:3
3
4.
Almaniya
3
1
0
2
2:4
3
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed