Şrift:
Planşet boyun nahiyəsində ağrıların yaranmasına səbəb olur
28.06.2018 [10:20] - Sağlıq
Alimlər planşetdən istifadə və onurğa sütununda problemlərin yaranması arasında birbaşa bağlılıq aşkar ediblər.

Nevada Universitetinin alimlərinin qənaətinə görə, planşetdən istifadə boyun nahiyəsində ağrıların yaranmasına birbaşa təsir edir. Bu haqda “Science News” nəşri yazıb.

Planşet istifadəçilərinin əksəriyyəti displeyə baxmaqla belini bükür. Nadir hallarda qurğunu elə saxlayırlar ki, bel düz dayansın. Bu isə onurğa sütununda ağrıların yaranmasına səbəb olur.

Alimlər tərəfindən keçirilmiş araşdırma nəticəsində məlum olub ki, qadınların 70 faizi və kişilərin 30 faizi boyun nahiyəsindəki ağrılardan şikayət edirlər.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed