Şrift:
Dünya Çempionatı-2018: Kolumbiya və Yaponiya 1/8 finalda
29.06.2018 [10:15] - Gündəm, İdman
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. “H” qrupunda Kolumbiya-Seneqalı, Polşa-Yaponiya oyunları baş tutub.

Qarşılıqlı hücumlar şəraitində keçirilən görüşün sonunda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib. Belə ki, Polşanın yeganə qolunu 60-cı dəqiqədə Bednarek, Kolumbiyanın qolunu isə 74-cü dəqiqədə Yerri Mina vurub.



Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi 4 xala malik olsa da, Yaponiya əlavə göstəricilərə görə növbəti mərhələyə vəsiqə qazanıb.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed