Şrift:
Azərbaycanda bu il iqtisadi amnistiya mexanizmi yaradılacaq
29.06.2018 [10:22] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanda idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizmi yaradılacaq.



Bu, Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.



Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi müəyyənləşib. Beləliklə, bu il dekabrın 1-dək Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi idxal-ixrac əməliyyatlarının uçotunun düzgün aparılması və sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə iqtisadi amnistiya mexanizminin işlənməsini təmin etməlidir.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed