Şrift:
ABŞ-da qəzet redaksiyasındakı atışmada ölənlər var
29.06.2018 [10:30] - Hadisə
ABŞ-ın Merilənd ştatında “Capital Gazette” nəşrinin redaksiyasında baş vermiş atışma nəticəsində bir neçə nəfər ölüb. Atəş açan şəxs saxlanılıb.

Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.

Yerli KİV-lər insident nəticəsində, həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər. Polis redaksiya binasını təxliyə edib, orada axtarışlar aparır.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed