Şrift:
Təhqirlərə dözməyən İran yığmasının türk oyunçusu milli komanda ilə vidalaşdı
29.06.2018 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə Rusiyada keçirilən dünya çempionatında İran millisinin qələbəsi üçün var gücü ilə çalışan türkmən oyunçu Sərdar Azmun çəkdiyi zəhmətlərin qarşılığında təhqir olunmasına dözə bilməyib.



Bu vəziyyətdən dəfələrlə gileylənən məşhur futbolçunun ölkənin milli komandasından getməkdən başqa çıxış yolu qalmayıb.



O bu barədə internetdə öz şəxsi səhifəsində məlumat yayıb.



“Hamımız milli komandanın qələbəsini arzulayırdıq, bunun üçün də əlimizdən gələni etdik. Təəssüflər olsun ki, bizim səylərimiz nəticə vermədi. Mən hələ də milli komandada oynadığım üçün fəxr edirəm.

Bütün bunlara baxmayaraq, ürəyimcə olmasa da milli komanda ilə sağollaşmağa qərar verdim. Təbii ki, çox çətinliklə bu yerə gəlib çatan 23 yaşlı bir gənc üçün, həyatının ən ağır və kədərli hadisəsi məhz bu qərar ola bilər. Lakin həyatda elə şeylər var ki, o hər şeydən öncə gəlir. Mənim anam bir ağır xəstəliyi arxada qoyub, mən bunun üçün çox sevinirdim. Lakin bir sıra nankor insanlar haqsız yerə məni təhqirlərə məruz qoydular. Hansıki mən və digər oyunçular bu təhqirləri haqq etmirik. Bu hadisədən sonra anamın xəstəliyi yenidən şiddətlədi. Bu məsələ məni seçim qarşısında qoydu. Təbii ki, mən bu seçimdə anamı seçdim. Mən əziz anama can sağlığı arzulayıram”- deyə futbolçunun yaydığı məlumatın bir hissəsində qeyd olunub.



İranın milli komandası dünya çempionatında İspaniya millisinə məğlub olduqdan sonra türkmən futbolçu fars irqçilərinin təhqirinə məruz qalmışdır.



İyunun 20-də keçirilən yarışdan sonra sosial şəbəkələrdə S.Azmunun ünvanına təhqiramiz ifadələr yazılıb, bəzi irqçilər onun komandaya yararsız olduğunu qeyd ediblər. Bəziləri isə “Sərdar Azmun istisna olmaqla hamınıza afərin deyirik” deyə sözlər yazıblar.



Farsdilli sosial şəbəkə istifadəçilərin bəziləri isə futbolçunu “axmaq türkmən” adlandırıb və “S.Azmunun İranın milli komandasına etdiyini, hətta moğollar belə İrana etməyib!” deyə postlar paylaşıblar.



Qeyd etmək lazımdır ki, İran millisi Sərdar Azmun və Kərim Ənsarifərd (Kərim Savalan) kimi türk oyunçularının vurduğu qollar sayəsində dünya kubokuna vəsiqə qazanmışdır.



İranda bütün fürsətlərdə türk milləti və onun mənsubları müxtəlif yollarla aşağılanır. Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə “Traxtur” komandasının yarışlarında Azərbaycan klubu və onun tərəfdarlarına qarşı səsləndirilən şüarlar fars irqçiliyinin bariz nümunəsidir. Belə təhqirlərə İranın kütləvi informasiya vasitələri, hətta bəzi dərsliklərində də rast gəlinir.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed