Şrift:
Təbrizdə divarlara Babək qalasına ənənəvi yürüşə yenidən çağırış şüarları yazılıb
30.06.2018 [10:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində divarlara Babək qalasına ənənəvi yürüşə yenidən çağırış şüarları yazılıb.



Təbrizdə iyunun 23-də yazılmağa başlayan çağırış şüarları iyunun 28-də təkrar yazılıb.



Fəallar hər kəsi iyulun 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə çağırıblar.



Hazırda Təbrizin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazılarına rast gəlinir.



Fəallar ötən günlərdə Urmiyə, Ərdəbil, Xoy və Muğan şəhərlərində də divarlara yazılar yazaraq hər kəsi Babək qalası yürüşündə iştirak etməyə çağırmışdılar.



Güney Azərbaycanda hər il iyulun əvvəllərində Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ad günü kimi qəbul olunan tarixdə Babək qalasına yürüş edilir, ənənəvi yürüşün bu il də baş tutacağı gözlənilir.



Qalaya toplaşan soydaşlarımız İran rejiminin Azərbaycan türk millətinə qarşı ayrı-seçkilik siyasətini məhkum edərək ölkədə türk millətinin demokratik və milli hüquqlarının təmin olunmasını tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed