Şrift:
Miyanada Mavi Sözlər Dərnəyi fəaliyyətə başlayıb
30.06.2018 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Miyana şəhərində “Mavi Sözlər Dərnəyi” adlı Qeyri-Hökumət Təşkilatı fəaliyyətə başlayıb.


Açılış mərasimində mədəni fəal Milad Balesini hər kəsi salamlayaraq dərnəyin hədəfləri və fəaliyyət istiqaməti haqda geniş məlumat verib. Mərasim Miyana Gənclər və İdman İdarəsi rəisi Pezeşki və İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Həqqinin çıxışı ilə davam edib.



Bundan sonra şair və ədəbi tənqidçi Bulud Muradi müasir Güney Azərbaycan dili və ədəbiyyatının bugünki durumundan söz açıb. Şair Bəxtyari isə Azərbaycan ədabiyyatının tarixi mövzusunda çıxış edib, bu haqda geniş məlumat verib.



Mərasim iştirakçılarından olan Ruzbeh Səadəti “ədəbiyyata yalnız vasitə kimi baxılmamalıdır” mövzusu ətrafında söhbət edib.



Mərasimdə xanım Qasimlunun öz şeirlərini oxuduğu da bildirilir.



Mərasimin aşıq Abbas Səttarinin ifasından sonra sona çatıb.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed