Şrift:
Neyroşəbəkə robotlara autizmə tutulan uşaqların davranışını anlamağa kömək edəcək
03.07.2018 [11:04] - Sağlıq
ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları robotlara uşaqlarla ünsiyyət zamanı onların iştirak və marağını qiymətləndirməyə kömək edən “dərin təlim” alqoritmi hazırlayıblar. Robot hər bir uşaq üçün unikal olan reaksiyaların xüsusiyyətlərini analiz edir.

Autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün robot terapiyası ondan ibarətdir ki, terapevt uşaqlara qorxu, kədər və ya sevinc ifadələrini fərqləndirməyi öyrətmək üçün onlara müxtəlif emosiyaları ifadə edən sifətlərin şəkillərini göstərir. Sonra terapevt robotun uşağa həmin emosiyaları göstərməsi və uşaqla necə ünsiyyət qurmasını müşahidə etmək üçün onu proqramlaşdırır.

“MIT” mütəxəssisləri tərəfindən tədqiqatda müxtəlif emosiyaları göz rəngi, əl-ayaq hərəkətləri və səs tonu ilə ötürə bilən insanabənzər “SoftBank Robotics NAO” robotlarından istifadə edilib. Tədqiqatın nəticələrinə görə, uşağın terapevtlə ünsiyyət səviyyəsi 50-55 faiz, yeni alqoritmlə təchiz edilən robotla 60 faiz qiymətləndirilib.

Ekspertlər qeyd edir ki, insanın uşağın cəlbetmə qavrayışında eyni uğur qazanması çətindir, lakin tədqiqatın məqsədi terapevtləri əvəz edən robotların yaradılmasından ibarət deyil. Layihə yaradıcıları terapiyanı həkimlər tərəfindən fərdiləşdirilməsi, hər uşaq üçün fərdi yanaşmanın axtarışı, eləcə də robotlar və autizm xəstəsi olan uşaqlar arasında təbii ünsiyyətin qurulması üçün istifadə ediləcək vacib informasiya vasitəsilə yaxşılaşdırmaq istəyirlər.
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed