Şrift:
Məhəmməd Rəhmanifərin “Urartu tarixi” kitabı işıq üzü görüb
03.07.2018 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı yazıçı və araşdırmaçı-alim Məhəmməd Rəhmanifərin “Urartu tarixi” adlı kitabı işıq üzu görüb.



“Urartu tarixi” kitabının Bəstam (Basdam) qalası ilə bağlı araşdırmalara xüsusi baxışı var. Bəstam qalası Güney Azərbaycanın qərbində Xoy şəhərində yerləşir.



Bu kitabda Azərbaycanın tarixi ərazisində türk dilinin qədimliyindən bəhs olunur.



“Urartu tarixi” kitabında Azərbaycanın tarixi ərazisi ilə bağlı ermənilərin yalan iddialarını rədd edən bir çox əsaslı sənədə işarə olunub.



Hazırda “Nəşr Əxtər” Nəşriyyatı tərəfindən çap olunan “Urartu tarixi” kitabını Təbrizin bir neçə kitab mağazasından əldə etmək mümkündür.



Məhəmməd Rəhmanifər tanınmış yazıçı və mütərcimdir. O Azərbaycanın mədəniyyəti və tarixi üzrə araşdırmaçı alimdir.
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed