Şrift:
Nazirlər Kabineti hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar Sərəncam qəbul edib
05.07.2018 [10:27] - Gündəm, Bildiriş
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar Sərəncam imzalayıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda deyilir ki, iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed