Şrift:
Ermənistan ordusu 31 hərbçisini itirib
06.07.2018 [10:25] - Gündəm, Hərb
Bu ilin ilk yarısında Ermənistan ordusu 31 hərbi qulluqçusunu itirib.

Ölənlərdən 2-si zabit, 1-i müqaviləli hərbi qulluqçu və 16-sı müddətli hərbi qulluqçudur.

Komitədə 5 hərbi qulluqçunun Azərbaycan ordusu ilə döyüşdə, 6-sının intihar nəticəsində, 2-sinin silahla ehtiyatsız davranma, 2-sinin xəstəlikdən, 1-nin mina partlayışı, 1-nin bədbəxt hadisə zamanı və 1-nin isə yol qəzasında öldüyü bildirilir.

Analoji dövrdə daha 12 erməni hərbçi hərbi xidmətdənkənar hadisələr zamanı ölüb.

Qeyd olununr ki, 2017-ci ilin 6 ayında orduda 44 ölüm faktı qeydə alınmışdı.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed