Şrift:
Türkiyə Süleyman şah türbəsini bərpa edəcək
06.07.2018 [10:35] - Mədəniyyət
PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq.

Türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.

Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.

Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed