Şrift:
Sağlamlıq imkanları məhdud uşaqlar üçün yay düşərgəsi təşkil olunub
06.07.2018 [10:45] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində dövlət himayəsində yaşayan uşaqlar üçün JOY Norveç təşkilatı və UAFA Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə yay düşərgəsi təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, uşaqlar düşərgədə xarici və yerli könüllülərin köməyi ilə çimərlikdə istirahət ediblər. Günün ikinci yarısı isə onların müxtəlif parklara, paytaxtın görməli yerlərinə, istirahət məkanlarına gəzintiləri təşkil olunub, həmçinin uşaqların iştirakı ilə müxtəlif əyləncəli oyunlar keçirilib.

Yay düşərgəsi iki həftə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed