Şrift:
Deputat: "XİN başçılarının Brüssel görüşündən müsbət heç nə gözləmirəm" MÖVQE
09.07.2018 [16:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan Rusiyanın əyalətidir. Dağlıq Qarabağ münaqişəsində Ermənistanın hər hansı mövqe ortaya qoyması haqqında heç bir düşüncəsi ola bilməz”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Son dövrlərdə Rusiya məmurlarının guya Sarkisyanın bir neçə rayonu qaytarmaq niyyətində olması ilə bağlı fikirlərini münasibətini bildirən deputat deyib ki, bunların hamısı nağıldır və danışıqların heç bir perspektivi yoxdur.

Onun sözlərinə görə, iyulun 11-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdə müsbət tendensiya müşahidə etmək mümkün olmayacaq: “Rusiya yenə də Ermənistanın başını sığallayaraq danışıqlar masasına oturdacaq. Çünki, qonşu ölkə vaxt qazanaraq, iplərin onun əlində olduğunu göstərməyə çalışır”.

F. Quliyev bildirib ki, Azərbaycan prezidentinin də dəfələrlə bəyan etdiyi kimi Dağlıq Qarabağ münaqişəsi qısa zamanda sülh yolu ilə, beynəlxalq hüquq normalarına və sənədlərə uyğun şəkildə həll olunmasa, o zaman Konstitusiyamızı əsas götürərək məsələni hərbi yolla həll etməliyik: “Bunun başqa çıxış yolu yoxdur. Azərbaycanın kifayət qədər imkanları var. Lakin Rusiya münaqişənin həllində deyil, vəziyyətin indiki kimi qalmasında maraqlıdır. Bu baxımdan mən Brüsseldə baş tutacaq Xİn başçılarının görüşündən müsbət heç nə gözləmirəm”.

Ermənistanın Qərbə meyllənməsi məsələsinə toxunan millət vəkili qeyd edib ki, düşmən ölkədə hazırkı hakimiyyət Qərbyönümlü olsa,da bu dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə birgə ordu yaradıb: “Ermənistan Qərbdən deyil, Rusiyadan tam asılı vəziyyətdədir. Ola bilsin ki, Ermənistan hər hansı məqamda Qərblə oyun aparır. Amma Rusiya nə istəsə o da olacaq. Azərbaycan tərəfi hərbi məsələyə hazır olmalıdır. Fiqurların dəyişməsi, Ermənistanın siyasətinə heç bir təsiri yoxdur. Hazırda gedən proseslər bir oyundur və bu oyunlar danışıqlar prosesinə müsbət heç nə vəd etmir ”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 1790 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed