Şrift:
Fuad Muradovun Avropa ölkələrinə ilk rəsmi səfəri başlayır
10.07.2018 [10:23] - Gündəm, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sabah, iyulun 10-da Avropa ölkələrinə ilk rəsmi səfərə yola düşür.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri 4 ölkədə - Fransa, Almaniya, Rumıniya və Ukraynada bir sıra rəsmi şəxslərlə, eyni zamanda həmin ölkələrdə yaşayan azərbaycanlılarla və diaspor təşkilatları ilə görüşəcək.
Səfər proqramına ictimai xadimlər, Azərbaycanın ali məktəblərindən məzun olmuş xarici vətəndaşlar, Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzvləri, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüşlər də daxildir.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed