Şrift:
İşğal olunmuş ərazilərdə əlvan metalları qeyri-qanuni hasil edən şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsinə başlanıb
10.07.2018 [10:26] - Gündəm, İqtisadiyyat
““AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb.

Bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “AzerGold” QSC-nin sədri Zakir İbrahimov deyib. Onun sözlərinə görə, sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcək.

“Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək. Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir”, - deyə Z.İbrahimov vurğulayıb.
AzerGold” sədri əlavə edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed