Şrift:
Türkiyə Ordusunın başına yeni komandan gətirildi
10.07.2018 [10:29] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə ordu generalı Yaşar Güler təyin edilib.

Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın milli müdafiə naziri postuna aparılmasının ardından Yaşar Güler yeni vəzifəyə təyinat alıb.

Bu təyinatadək Yaşar Güler Quru Qoşunları komandanı idi.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın digər sərəncamı ilə Quru Qoşunları komandanı vəzifəsi indiyədək Baş Qərargah rəisinin 1-ci müavini olan ordu generalı Ümit Dündara tapşırılıb.

Baş Qərargah rəisinin 1-ci müavini vəzifəsinə isə Quru Qoşunları Qərargahının rəisi, general-polkovnik Metin Gürak gətirilib.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed