Şrift:
Soydaşlarımız Savalan zirvəsində Azərbaycan marşı və şeirlər səsləndiriblər
10.07.2018 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup Azərbaycansevər alpinist (dağçı) Savalan zirvəsinə çıxaraq Azərbaycan marşları və şeirlər səsləndiriblər.

Məlumata görə, yüzlərlə soydaşımız iyulun 9-da Savalan zirvəsində olub. Bu zirvə el arasında “Sultan Savalan” adlanır.

Aşağıdakı videoda soydaşlarımızın “Yurdum yuvam məskənimsən Azərbaycanın – Ana doğma vətənimsən Azərbaycanım” şeirini birlikdə oxuduqları görünür.

Soydaşlarımız şeir oxuyarkən onlarla birlikdə olan bir manqurt şeirdə İranın da adının çəkilməsini tələb edib. O bildirib ki, birinci İran, sonra isə Azərbaycanın adı dilə gətirilsin. Buna cavab olaraq xanımlardan biri bildirib ki, “”biz iranlı deyilik ki, İranın adını da çəkək, biz azərbaycanlıyıq.”

Digər soydaşlarımız isə həmin şəxsin cavabında gur səslə “Yaşasın Azərbaycan” deyiblər.

Ərdəbil yaxınlığında yerləşən Savalan dağının zirvəsində vaxtaşırı Azərbaycan marşı və şeirlər səsləndirilir, üçrəngli bayrağımız qaldırılır və o yüksəklikdən millətimizə müxtəlif müsajlar verilir. Azərbaycansevər gənc oğlan və qızlarımızın bu addımı milli oyanış nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

N.S
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed