Şrift:
Adnan Oktar və tərəfdarları saxlanıldı
11.07.2018 [10:18] - Hüquq
Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. A.Oktarla yanaşı, onun 235 tərəfdarının da saxlanıldığı bildirilir
Məlumata əsasən, A.Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunur.

İttihamlar arasında böhtan, təhdid və şantaj, dinin inancın sui-istifadəsilə dələduzluq, korrupsiya və qanunsuz silah saxlama da yer alır.

Adnan Oktarın saxlanılması üçün keçirilən əməliyyatda çox sayda silah, zirehli jilet və zirehli maşın müsadirə olunub.

Məlumata görə, saxlanılarkən Adnan Oktar və tərəfdarları polisə müqavimət göstəriblər.

Digər xəbər görə, Adnan Oktarın nəzarətində olan A9 TV kanalında da əməliyyat keçirilib.

Adnan Oktar və tərəfdarları haqqında polisə çoxsaylı şikayət edildiyi öyrənilib. Şikayət edənlərin arasında kiçik yaşda qız uşaqlarının ailələri, aldadılanlar, onun təşkilatından ayrıldığı üçün böhtan və şantaja məruz qalanlar yer alır.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed