Şrift:
Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb
11.07.2018 [10:21] - Gündəm, İdman
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.
Bu, Fransa milli komandasıdır.
Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Yeganə qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.
Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib. Digər finalçı iyulun 11-də Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.
Fransa hələlik yeganə dünya çempionluğunu 1998-ci ildə qazanıb.
DÇ-2018, ½ final
22:00 Fransa – Belçika - 1:0
Qol: Samuel Yumtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed