Şrift:
Fuad Muradov Fransada bir sıra görüşlər keçirib
11.07.2018 [10:22] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Avropaya rəsmi səfəri çərçivəsində Fransada bir sıra görüşlər keçirib.
Komitədən verilən məlumata görə, səfərin ilk günü DİDK sədri Azərbaycan Respublikasının Fransadakı səfirliyində olub.
Sonra o, Fransanın daxili işlər naziri Gerard Collombun diplomatik məsələlər üzrə müşaviri Frederic Jung və Fransa Senatının Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperlə görüşüb.
Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə maraqlı görüşü olub.
Bu xəbər oxucular tərəfindən 1959 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed