Şrift:
Alimlər açıqladı — Qalstuk beyinə ziyandır
12.07.2018 [11:16] - Sağlıq
Almaniyanın Şlezviq-Qolşteyn universitet xəstəxanasının alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

“Neuroradiology” jurnalında dərc edilən məqaləyə əsasən, hətta bir neçə dəqiqə qalstuk taxmaq beyinin qanla qidalanmasına mənfi təsir göstərir.

Alimlər 30 kişi üzərində təcrübə aparıblar. Onların yarısı 15 dəqiqə qalstuk taxmalı olublar. Xüsusi qurğular vasitəsilə qalstuk taxmadan və qalstuk taxdıqdan sonra beyinin qanla təminatı izlənilib.

Məlum olub ki, qalstuk taxanlarda beyinin qanla təminatı digər qrupa nisbətən 7.5% aşağı düşüb.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed