Şrift:
Güney azərvaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər yayılıb – Tehranda
13.07.2018 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif şəhərləri kimi, İran paytaxtı Tehranda da azərbaycanlı siyasi məhbusların azadlığı buraxılması tələb olunur.



Bu istiqamətdə Tehranın müxtəlif məntəqələrində çox sayda poster paylanılıb. Siyasi məhbusların şəkillərini əks etdirən posterlər bir çox yerlərdə divarlardan da asılıb.



Posterlərin üzərində tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas lisani, Lətif Həsəni və Siyamək Mirzayinin şəkilləri əks olunub.



Siyasi məhbusların azadlığını tələb edən posterlər latin əlifbası ilə Azərbaycan türkcəsində yazılıb.



Son günlərdə Güney Azərbaycanın bir çox şəhərində divarlara həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəalların azadlığını tələb edən şüarlar yazılıb.
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed