Şrift:
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
14.07.2018 [10:29] - Xəbərlər, Hadisə
İstintaq-axtarış əməliyyatı zamanı Gəncədə polislərin həlak olması hadisəsindən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub.

Həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib.

Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçıları müəyyənləşdirilib, 11 nəfər həbs olunub, Rəşad Böyükkişiyev isə məhv edilib.
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed