Şrift:
Erkan Özoral: “Azərbaycan-Türkiyə əlaqələrinə əngəl olmaq istəyən qüvvələri ifşa edirik”
14.07.2018 [10:49] - Gündəm, Türk dünyası-Turan
“Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Əlaqələrimizə əngəl olanları aramızdan təmizləməliyik”.

Bunu Türkiyədə dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar keçirilən mətbuat konfransında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, belə qüvvələrin ifşa edilməsi üçün birgə addımlar atılır.

Diplomat Gəncədə baş verən hadisələrə də münasibət bildirib: “Türkiyə olaraq Azərbaycana qarşı olan qüvvələrə qarşıyıq. Azərbaycanın bu istiqamətdə atacağı bütün addımları dəstəkləyirik. Sona qədər də belə olacaq. İnanırıq ki, günahkarlar layiqli cəzasını alacaq, bunun üçün nə lazımdırsa, edəcəyik”.
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed