Şrift:
Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallardan daha biri müvəqqəti azadlığa buraxılıb
14.07.2018 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həbslərin yeni dalğasında Təbrizdə saxlanılan azərbaycanlı fəal Əhəd Aluyi mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.



Milli-mədəni fəalın 30 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxıldığı bildirilir.



Babək qalası yürüşü ilə əlaqədar saxlanılan Əhəd Aluyi “sistemin əleyhinə təbliğ etmək” kimi qondarma ittihamla üzləşib.



İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı saxlayıb. Bir neçə fəal isə qalaya gedərkən və ya qalada keçirilən mərasim zamanı tutulub. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar təxminən 80 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.



Ötən günlərdə fəalların bir çoxu ağır mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed