Şrift:
Təbrizdə tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər paylanılıb
14.07.2018 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində tanınmış ərdəbilli milli-mədəni fəal Abbas Lisaninin azadlığını tələb edən çox sayda poster paylanılıb.



Bir çox poster isə azərbaycanlı fəallar tərəfindən həmin şəhərin ən hərəkətli yerlərində divarlara yapışdırılıb.



Tanınmış fəal iyulun 5-i və 6-da keçirilmiş Babək qalası yürüşünə bir neçə gün qalmış (iyulun 2-də) İranın təhlükəsizlik qüvvələri tərəfindən Ərdəbildə öz iş yerində saxlanılıb. Onun vəziyyəti ilə bağlı bu günə qədər ətraflı məlumat yoxdur.



Son məlumata görə, tanınmış fəalın dosyesinə Təbriz İnqilab Məhkəməsinin 11-ci Şöbəsində baxılır.



Bu barədə Ərdəbil prokuroru Nasir Ətəbati iyulun 11-də prokurorluğa müraciət edən Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə məlumat verib.



“Abbas Lisani iyulun 2-də Şərqi Azərbaycan məhkəmə sisteminin qərarı ilə saxlanılıb, hazırda onun dosyesinə Təbriz Məhkəməsinin 11-ci Şöbəsində baxılır”- deyə Ərdəbil prokuroru bildirib.



Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınış simalarından biridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib, dəfələrlə saxlanılıb, işgəncələr görüb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed