Şrift:
Azərbaycanda İtaliya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
18.07.2018 [10:05] - Gündəm, Siyasət
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iyulun 18-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Sercio Mattarella fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İtaliya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Sercio Mattarellaya, İtaliya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed