Şrift:
“Keşlə” komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb
20.07.2018 [10:20] - İdman
Oyunun ikinci hissəsinin sonuna doğru təzyiqləri daha da artıran “Keşlə” komandası matçın əsas vaxtına əlavə olunan hissənin birinci dəqiqəsində (90+1) hesab arasındakı fərqi iki topa çatdırıb. Meza Kollinin standart vəziyyətdən hava ötürməsindən sonra topa başla dəqiq zərbə endirən Slavik Alxasov komandasını bir qədər ümidləndirib – 2:0.

Lakin üçüncü qol axtarışında olan “Keşlə”ni əks-hücumda “yaxalayan” rəqib komanda vurulan qollardan birinin əvəzini çıxıb. Andriya Maydevaç 90+6-cı dəqiqədə adını tabloya yazdırıb. Matç “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olan “Keşlə” Bakıda “Baltsan” klubuna qalib gəlsə də, iki oyunun cəminə (3:5) əsasən, UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

21:55

Matçın ilk hissəsi “Keşlə” komandasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Hesab matçın 11-ci dəqiqəsində açılıb. “Baltsan” klubunun müdafiəçisi Elkin Seranonun cərimə meydançasında qaydalardan kənar oyunu ilə əlaqədar referi qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Sezar Meza Kolli adını tabloya yazdırıb - 1:0. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və ilk hissə bu hesabla da başa çatıb.

21:00

İyulun 19-da futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Keşlə” klubu doğma meydanda Maltanın “Baltsan” komandası ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyunda “Keşlə” klubunun start heyətində Kamran Ağayev, Sertan Taşkın, Denis Silva, Slavik Alxasov, Miloş Bosançiç, Sezar Meza Kolli, Baxadır Nasibov, Andre Klenon, Adrian Skarlataki, Tərlan Quliyev, Ebrima Soma yer alıblar.

“Baltsan” klubunun heyətində isə Stiv Sultana, Nenad Sliviç, Stiv Beccina, Maykl Conson, Alfred Efionq, Uroş Lubomirac, İvan Bojovic, Elkin Serano, Kadu, Boyan Kalyeviç, Miloş Lepoviç meydana çıxıblar.

Oyunu rusiyalı hakimlər briqadası idarə edir. Baş hakim Mixail Vilkova Aleksey Vorontsov və Vladimir Mineviç kömək edirlər. Dördüncü hakim funksiyasını isə Aleksey Suxoy yerinə yetirir.

Xatırladaq ki, “Keşlə” klubu “Baltsan” komandasına səfərdə 1:4 hesabı ilə məğlub olub.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed