Şrift:
Azərbaycanın xarici işlər naziri İran səfirindən tələb etdi
07.07.2012 [02:20] - Siyasət
Xarici İşlər Naziri (XİN) Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Davam.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Naziri Elmar Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə 5 nota təqdim etməsinə baxmayaraq qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırladıb. Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb edib və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvar olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed