Şrift:
Dağıstanda 2 polis öldürüldü
21.07.2018 [10:30] - Dərbənd
Dağıstanda yol-patrul xidmətinə hücum zamanı 2 polis öldürülüb.

Hadisə Kizlyurt rayonunda baş verib. Qara rəngli "LADA Priora" avtomobilindən yol-patrul xidmətinin əməkdaşlarına atəş açan cinayətkarlar 2 nəfəri öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Yaralı xəstəxanaya çatdırılıb.

Hücum edən cinayətkarların sayı məlum deyil. Cinayətkarların axtarışı ilə bağlı xüsusi əməliyyat keçirilir.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed