Şrift:
Son bir neçə ayda 350 min ukraynalı ölkəni tərk edib
24.07.2018 [09:23] - Gündəm, Sosial
Ukrayna yüksək əmək miqrasiyası səbəbindən əhalisinin işçi və aktiv hissəsini itirir.

Yerli mətbuatın verdiyi məlumata görə, bir neçə ay ərzində artıq 350 min ukraynalı ölkəni tərk edib.

Buna səbəb digər xarici ölkələrdə sərfəli iş yerlərinin tapılmasıdır. Proses bu cür davam edərsə, Ukraynada mütəxəssis çatışmazlığı yaranacaq.

Ukraynanın xarici işlər naziri Pavel Klimikin hələ ötən il bəyan edib ki, hər ay 100 min ukraynalı iş üçün xarici ölkələrə üz tutur.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed