Şrift:
Yunanıstanda üçgünlük matəm elan olundu
24.07.2018 [16:31] - Gündəm, Bildiriş
Yunanıstanın Baş naziri Aleksis Tsipras meşə yanğınları nəticəsində 60-dan çox insanın ölümü ilə bağlı ölkədə üçgünlük matəm elan edib. Bu barədə Afina informasiya agentliyi məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, Yunanıstanın Baş naziri müraciətində dövlət tərəfindən hər kəsə kömək göstəriləcəyini bildirib. O, təbii fəlakətin qarşısını almağa, insanların həyatını xilas etməyə çalışan hər kəsə, o cümlədən yanğınsöndürənlərə, tibb işçilərinə, xilasedicilərə, könüllülərə xüsusi təşəkkürünü bildirib. Aleksis Tsipras, həmçinin təbii fəlakətin qarşısının alınması ilə bağlı köməyini təklif etmiş, Yunanıstan vətəndaşlarına dəstəyini ifadə etmiş xarici ölkələrin liderlərinə təşəkkürünü bildirib.

İyulun əvvəlindən bəri Yunanıstanda havalar çox isti keçir. Son günlər isə temperatur 40 dərəcəyədək yüksəlib. Bazar günü Afina ətrafında (eləcə də Kineta şəhərində, şərqi Attikada və Kalamos şəhərində) eyni vaxtda bir neçə yanğın mənbəyi meydana gəlib. Habelə Peloponnes yarımadasında Korinfiyada və Krit adasında Xanya şəhəri yaxınlığında meşə yanğınları baş verib, lakin bu yanğınlar yaşayış məntəqələrin üçün təhlükəli deyil.
Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed