Şrift:
Aprel döyüşlərindən bəhs edən “Yüksəklik” virtual oyunu təqdim olunub
24.07.2018 [16:34] - Xəbərlər, Sosial
Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

“Yüksəklik” adlanan virtual reallıq döyüş oyunu düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə, Lələtəpə yüksəkliyinin necə əldə etmələrinə həsr olunub.

Layihənin təqdimatında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli bildirib ki, onlar ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu innovativ layihələrə daim dəstək göstərirlər. Bu layihə də onlardan biridir.

Startapın yaradıcısı Fərid Davudov qeyd edib ki, oyuna həyəcansız baxmaq mümkün deyil. O, oyunda Aprel döyüşlərinin bütün ab-havasını təqdim etməyə çalışdığını deyib. Virtual reallığın ümumiyyətlə 13 yaşdan yuxarı hesablandığını nəzərə alan F.Davudov videoya balaca uşaqların baxmasını tövsiyə etmir. Çünki oyunda Aprel döyüşlərinin bütün gərginlikləri də əks olunub.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed