Şrift:
Sarabda 10 nəfərdən çox Güney azərbaycanlı fəalın həbs olunduğu bildirilir
07.07.2012 [12:34] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Sarab şəhərində çoxsaylı milli-mədəni fəalın tutulduğu ilə bağlı yeni məlumat yayılıb.

Məlumata görə, 1-ci gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Sarab şəhərində 10 nəfərdən çox azərbaycanlı fəalı tutublar.

Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, tutulanlardan yalnız Səhənd Moali və Əli Səmədpurun kimliyi müəyyənləşib. Tutuqlanan digər fəalların kimliyi isə, onların yaxınlarının təhlükəsizlik məsələləri ilə bağlı ehtiyat etdikləri üçün açıqlanmır.

Hələlik onların harda və nə səbəbdən saxlanıldıqları ilə bağlı heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed