Şrift:
Təbrizin “Qostəreş Fulad” klubu adını dəyişdi: “Maşınsazi”
26.07.2018 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Qostəreşe Fulad” klubu bundan sonra “Şəhriyar Maşınsazi” klubu adlanacaq.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, artıq super liqa yarışlarına vəsiqə qazanan “Qostəreşe Fulad”ın lisenziyası birinci dəstədə oynayan “Maşınsazi” adına qeydə alınıb.

Təbriz klublarında ad dəyişikliyi ilə bağlı rəsmi məktub iyulun 24-də Gənclər və İdman Nazirliyi, Futbol Federasiyası, Şərqi Azərbaycan Futbol Heyəti və Liqa Təşkilatına göndərilib.

“Qostəreş Fulad”ın adı ilə birlikdə onun loqosu və digər nişanları da dəyişib.

Yeni adla adlanan Təbriz komandası 18-ci super liqa yarışlarının birinci həftəsində Xuzistanın “İstiqlal” komandası ilə qarşılaşacaq.

Bundan əvvəl “Qostəreş Fulad” klubunun icraçı direktoru Huşəng Nəsirzadə təmsil etdiyi klubda ad dəyişikliyi olacağı barədə xəbər vermişdir. O “Maşınsazi”nin “Qostəreş Fulad”dan daha çox tərəfdara malik olduğunu diqqətə çatdıraraq sözügedən dəyişiklikdə bu amilin də nəzərdə tutulduğunu qeyd etmişdir.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed