Şrift:
“Traxtur” 18-ci super liqa yarışlarının birinci həftəsində bu komanda ilə qarşılaşacaq
26.07.2018 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu həftə İran üzrə futbol klublarının super liqa yarışlarının yeni mövzumu başlayır.

Təbrizin “Traxtur” fubol komandası 18-ci super liqa yarışlarının birinci həftəsində “Məscid Süleyman” şəhərinin “Neft” komandası ilə qarşılaşacaq.

Görüş iyulun 27-i Təbriz vaxtı ilə saat 20:45-də “Məscid Süleyman”ın Behnam Məhəmmədi stadionunda baş tutacaq.

“Traxtur”-“Neft” oyunu GünAz TV ekranından canlı olaraq yayımlanacaq.

Bu arada ərdəbilli futbolçu Yusif Seyyidinin “Traxtur” klubuna transfer edildiyi bildirilir. Baş məşqçi Con Toşakın xüsusi diqqətini çəkən oyunçu ilə klub arasında 5 illik rəsmi müqavilə imzalanıb.

Yusif Seyyidi bundan əvvəl Təbrizin “Qostəreş Fulad” və “Maşınsazi” klublarında oynayıb.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed