Şrift:
İstanbulun tarixini tədqiq etmək baxımından əhəmiyyətli mənbə
26.07.2018 [11:46] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində XIX əsr Osmanlı tarixinə dair kitab mühafizə olunur.

Muzeydən bildiriblər ki, müəllifi Rusiya diplomatı, şərqşünas K.Bazili olan əsər “Konstantinopol oçerkləri” adlanır.

Kitab 1835-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunub. Nəşrdə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhəri haqqında etnoqrafik və coğrafi qeydlər, eləcə də Kiçik Asiya yarımadası və orada yaşayan xalqlar barədə məlumatlar verilib. Eyni zamanda, İstanbulun XIX əsrin I yarısına qədər olan siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr haqqında materiallar yer alıb.

Kitab İstanbulun tarixini tədqiq etmək baxımından əhəmiyyətli mənbədir.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed