Şrift:
İlqar Altay : Azərbaycanın İranda yoxa çıxmış şairləri ilə bağlı İran İslam Respublikasına edilmiş təhqiqat səfərimin rəsmi nəticələri
07.07.2012 [13:20] - Hüquq
İc t i m a i T ə d q i q a t l a r M ə r k ə z i

PUBLİC RESEARCH CENTRE(NGO)



“_02_“____iyul____2012__ Baku, Azerbaijan

------------------------------------------------------------------------------------------------------------------

İlqar Altay

İctimai Tədqiqatlar Mərkəzi (QHT),

müstəqil hüquqşünas-təhqiqatçı.



Azərbaycan Respublikasının aidiyyətli dövlət qurumları və ictimai təşkilatlarına,

Azərbaycandakı xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinə.





Azərbaycanın İranda yoxa çıxmış şairləri ilə bağlı İran İslam

Respublikasına edilmiş təhqiqat səfərimin rəsmi nəticələri.



1.1. Azərbaycan Respublikasının vətəndaşları olan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani(Hacızadə) cari ilin 29 aprel tarixində poyeziya festivalında iştirak üçün, dəvət əsasında İran İslam Respublikasına səfər etmişlər. Lakin, festivalda iştirakdan sonra, 02 may 2012-ci il tarixdə İranın Təbriz şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən oğurlanıb yoxa çıxarılmışlar. Bu qanunsuz-özbaşınalığın bəzi epizodları Təbrizə müalicə üçün səfər etmiş, şairlərin iki nəfər Azərbaycan vətəndaşı olan tanışlarının şahidliyində baş vermişdir.


1.2. Ötən 2 ay ərzində bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı Səfirliyinin, Təbrizdəki Konsulluğunun gərgin calışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrinin müraciətlərinə, şairlərin valideyinlərinin xahişlərinə baxmayaraq İran rəsmi hakimiyyəti bu müddətdə bütün beynəlxalq bəşəri və insani normaları iqnorə edərək şairlərin taleyi, həbs olunub-olunmamsı barədə azərbaycan tərəfinə heç bir konkret məlumat verməmişdir.


1.3. Üstəlik, İran tərəfi bu müddətdə şairlərin taleyi ilə bağlı Azərbaycana qarşı sayqısızlıq, ictimai çaşqınlıq və mənəvi iztirab yarada biləcək təxribat tipli hərəkətlərə yol vermişdir. Belə ki:
- 02 may 2012-də mülki geyimlilər şairləri aradan götürərkən iki nəfər azərbaycanlı şahidlərə həm qeyri-rəsmi özbaşınalıq həm də rəsmi dövlət imkanları olduqlarını yəni, aradan götürdükləri şairlərlə hər cür rəftar etmək, onların taleyi barədə istənilən qərarı vermək iqtidarında olduqlarını nümayiş etdirmişlər. Şahidlərin özlərini belə, qorxu və təzyiq altında saxlayıb, buraxarkən qəsdən Azərbaycan tərəfinə gördüklərini çatdırmağı tapşırmışlar.

- İran tərəfdən ötən müddətdə 3 dəfə müxtəlif vaxtlarda naməlum məkandan şairlərin öz valideyinlərinə zəng vurmasına imkan yaradılib və hər dəfə də guya, yalnız miqrasiya qaydaları pozuntusuna görə saxlandıqları, onların azadlığının Azərbaycan tərəfdən asılı olduğu, Azərbaycan hökumətinin tələb olunan addımları atmadığı, hansısa sənədin İran tərəfinə çatdırılmadığı bildirilib. Telefonla dediklərinə görə şairlər 22 gün bir-birindən ayrı məkanda saxlaniliblar və hansısa, İran tərəfini təmin edən dövrdən sonra onlara birgə qalmaq imkanı yaradılıb. Aydın olur ki, bu zənglər də təxribat xaraktarlidir.

- 02 iyun 2012 tarixdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəsmisi bəyan etmişdir ki, yoxa şıxmış şairlər barədə iyunun 5-də İran tərəfin məlumatı veriləcək. Ancaq gözləntilərə baxmayaraq bu baş tutmayıb, səfirlik bunun üstündən sükutla keçib.

- 22 iyun 2012 tarixdə İran xarici İşlər Nazirliyi bildirib ki, azərbaycanlı şairlər “cinayətə cəhd” ə görə saxlanılıblar və hansı cinayətə gərə, harada və hansı hüquq-mühafizə orqanı tərəfindən saxlandığı bildirilməyib. Mahiyyətinə görə İran XİN-nin bu xəbəri standartlara uyğun olmayan, yarımçıq, qaranlıq və qeyri-ciddi qəbul olunub.

- 28 iyun 2012 tarixdə İran hakimiyyətinə yaxın KİV-lər, saytlar şairlərin külli miqdarda narkotik qaçaqmalçılığı və İsrail kəşfiyyatına casusluqda ittiham olunduqlarını və onları İranda edam cəzası gözlədiyini elan etdilər. İran rəsmi hakimiyyəti bunu təsdiq etmədi.

- Nəhayət 04 iyul 2012 tarixdə İran dövlət hakimiyyətinin “Press TV”, “Səhər TV” və digər kanalları, KİV məhbus Azərbaycan şairləri ilə bağlı yeni video veriliş yayaraq, bəzi “faktlar” nümayiş etdirməklə onları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı əsasında iranda casusluq fəaliyyətində ittiham ediblər. Gözləntilərin əksinə olaraq bunlar da, yenə İran tərəfdən öz rəsmi təsdiqini tapmayıb.

- 05 iyul 2012 tarixdə İran kəşfiyyatı – ETTELAAT-ın rəhbəri Heydər Möslehi şairlərin taleyi barədə jurnalistlərin konkret sualını belə cavablandırıb: “ Gözləmək lazımdır, mən bu barədə məlumat verməyəcəm”. Bununla bütün ictimaiyyət üzüntülü gözləntidə qalır.



4. İrana təhqiqat səfərim zamanı dini lider Xameninin Adminstrasiyasında, Prezident

Aparatında, İran Daxili İşlər Nazirliyində, Baş kəşfiyyat - ETTELAAT idarəsində

və sair bir sıra rəsmi və ictimai idarələrdə apardığım söhbətlər, müşahidələr əldə etdiyim

məlumatlar belə bir qənaətə əsas yaradır ki:

- Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Del Gerani(Hacızadə) İranın kəşfiyyat

nazirliyi – ETTELAAT tərəfindən həbs olunublar və Təbriz şəhərində xüsusi qapalı məkanda saxlanılırlar.

- Bütün İran ictimaiyyəti - ziyalılar, sıravi insanlar, müstəqil, vicdanlı hüquqşünaslar və vəkillər birmənalı olaraq bu həbsin siyasi sifariş olduğunu, ETTELAAT tərəfindən həyata keçirildiyini düşünürdülər. İran rəsmiləri də söhbətlərində bunun həqiqətən belə olduğunu inkar etmədilər, ancaq bunu rəsmi təsdiq etməkdən boyun qaçırdılar. Hətta, ETTELAAT nümayəndəsi etiraf etdi ki, 90 faiz insanları ki, öz təşəbbüsümüzlə tuturuq, bu həbsi rəsmi etiraf edirik. Ancaq 5-10 faiz lap yuxarıdan xüsusi sifarişlə apardığımız həbslərin səbəbini özümüz də bilmirik və bu həbslər barədə ümumiyyətlə heç bir məlumat yaymırıq.



1.5. Bütün bunlar da onun nəticəsidir ki, İran gənc azərbaycanlı şairlər üzərində çirkin ciyasi
və məqsədli oyun qurub və bununla Azərbaycan tərəfini təziq və təhdid altında saxlamaq və hansısa şərtlərini qəbul etdirmək məqsədi güdür. Şairlərin 2 aylıq çək-çevirdən sonra yekunda Azərbaycan MTN-i ilə əlaqədə casusluqda ittiham olunması onu göstərir ki, İran bu məsələdə bütövlükdə Azərbaycan ictimaiyyətinə qarşı həqarət etməklə birlikdə, onun dövlətçiliyini də hədəfə alıb.



1.6. İran hakimiyyəti 2 ay müddətində başqa bir dövlətin iki şair vətəndaşını zorakılıqla yoxa
çıxarmış, onları rəsmi məlumat vermədən gizlədərək qanunsuz azadlıqdan məhrum etmiş,

onların vətəndaşı olduğu dövlətin verdiyi diplomatik notalara, əməkdaşlıq təkliflərinə

məhəl qoymamış, onların öz ölkələrinin rəsmiləri ilə görüşünü və vəkilləri ilə təminatını

əngəlləmişdir. Bununla İran hakimiyyəti beynəlxalq diplomatik və hüquq normalarını və

bəşəri təməl hüquqlarını kobud pozmaqla növbəti dəfə öz mahiyyətinə və beynəlxalq

aləmdə tanındıği mənfi imicinə uyğun olaraq qonşu Azərbaycana qarşı cılız oyun qurmuş

olub.



1.7. Bütün bunlar nəzərə alinaraq, belə bir ehtiyac duyulur ki, Azərbaycan ictimaiyyəti birlik və hökumətlə koordinasiya şəraitində şairlərin müdafiasilə bağlı güclü, intensiv mübarizə aparmalı, beynəlxalq birliyin bu aksiyalara qoşulmasına nail olmaqla İran hakimiyyətinin tezliklə günahsız gənc şairləri azad etməsinə nail olmalıdır.


1.8. İran hakimiyyətinin törətdiyi bu qanunsuzluq və özbaşınalıq barədə xüsusi beynəlxalq
təhqiqatın aparılmasına nail olmaq lazımdır. Şairlərə münasibətdə “İnsanları zorakılıqla

yoxa çıxarma” kimi Sülh və İnsanlıq Əleyhinə Cinayət əməli tərkibi olduğu üçün İranı

Beynəlxalq Haaqa Cinayət Məhkəməsinə vermək barədə qəti tədbirlər görülməlidir ki,

İran hakimiyyətinin bu cür özbaşınalıqlarınin qarşısı alınsın.



11-15 iyun, Bakı-Tehran-Bakı.
Bu xəbər oxucular tərəfindən 2082 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed