Şrift:
Ordubad Rayon Mədəniyyət Evində yeni tamaşa: “Yeyərsən qaz ətini, görərsən ləzzətini”
27.07.2018 [11:20] - Xəbərlər, Afişa
Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” komediyası əsasında hazırladığı tamaşanın premyerası olub.

Tamaşanın rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.

Xalq teatrının aktyorları Davud Məmmədov, Nağı Əlisoy, Oruc Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Günəş Ağayeva, Emin Yusifli, Zəhra Mirzəyeva və Süqarə Mirzəlinin yaratdığı rollar maraqla qarşılanıb.

Görkəmli dramaturqun ilk əsərlərindən olan komediya bir tacirin avamlığının və dözülməz ailə-məişət münasibətlərinin, ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüquqlarını tapdalayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilib.

Tamaşadan sonra kollektivlə görüşən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov onları yeni tamaşa münasibətilə təbrik edərək yaradıcılıq uğurları arzulayıblar.
Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed