Şrift:
Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib
28.07.2018 [11:00] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Yerevan Şəhər Məhkəməsi sabiq prezident Robert Köçəryan barəsində həbs qərarı çıxarıb.

Ria Novosti agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müttəhimin vəkili Aram Orbelyan deyib. Vəkil qeyd edib ki, məsələ ilə bağlı əlavə məlumatı bu gün keçiriləcək mətbuat konfransında çatdıracaq.

İyulun 26-da R. Köçəryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed