Şrift:
Soyqırım qurbanlarının xatirəsinə laqeyd münasibət bəslənilir
07.07.2012 [13:47] - Sosial
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi növbəti böyük layihəsi olaraq Azərbaycanda ilk dəfə “Azərbaycan Xalqının Soyqırım Qurbanları” muzeyini yaradıb. Silsilə xarakterli olan növbəti “Soyqırım qurbanları” mövzusunda fotolardan və rəsm işlərindən ibarət keçirilən səyar sərgi 6 iyul tarixində, Bakının Sabunçu rayonunda, A.Bakıxanov adına parkda keçirilərək Soyqırım qurbanlarının xatirəsi yad edilir.

Davam.az saytının məlumatına görə, bu barədə İctimai Birliyin sədri Elşən Uluxanlı məlumat verərək, “Soyqırım qurbanları” mövzusunda fotolardan və rəsm işlərindən ibarət keçirilən səyar sərgi haqqında danışıb.
İctimai Birliyin sədri bildirib ki, “Azərbaycan Xalqının Soyqırım Qurbanları” muzeyinin tədbirlər planına əsasən respublikamızın bütün rayon və şəhərlərində açıq havada səyyar sərginin keçirilməsini planlaşdırıb.
“Sərginin keçirilməsi ilə Rayon İcra Hakimiyyətlərinə göndərilən müraciətlərimizə əsasən Bakı şəhərinin Nizami rayonunda 10-11 noyabr 2011-ci il tarixdə, Binəqədi rayonunda 17-18 fevral, Səbail Rayon İcra Hakimiyyətinin tədbirinə əsasən 24 fevral“Hilton” oteldə, Nərimanov rayonunda 24-25 fevral, Səbail rayonunda 8 may 2012-ci il tarixlərində açıq havada səyyar sərgi keçirilib. Keçirilmiş tədbirlər rayon içtimaəti arasında böyük maraqla qarşılanıb”.
Elşən Uluxanlı təssüf hissi ilə bildirib ki, Bakının bəzi rayonlarından bu günə kimi səyyar sərginin keçirilməsinə razılıq ala bilməyiblər.
”Dəfələrlə bu barədə həmin rayonların İcra hakimiyyətləri ilə əlaqə saxlasaq da, müraciətimiz cavabsız qalıb. Görəsən, belə bir tədbirə nəyə görə laqeyd münasibət bəsləyirlər? Nəinki rayon İcra hakimiyyətləri hətta sərgiyə dəvət olunan ziyalılar, millət vəkilləri, xüsusən də AzTV-dən başqa digər aparıcı televiziya kanalları biganə yanaşaraq, bu günə kimi keçirilən tədbirlərin heç birində iştirak etməyiblər. Bu isə gənclərimizdə ruh düşkünlüyü yaradır”.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed