Şrift:
FHN: Qusarda biçilmiş taxıl sahələrindəki yanğınlar söndürülüb
30.07.2018 [09:44] - Xəbərlər, Hadisə
Qusar rayonunun İmamqulukənd və Gicanoba kəndlərində biçilmiş taxıl sahələrində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Gicanoba kəndində 75 hektar biçilmiş taxıl sahəsi və 5 hektar sahədə kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Rayonun İmamqulukənd kəndində isə 25 hektar biçilmiş taxıl sahəsi, 5 hektar sahədə kol-kos və 8 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed