Şrift:
Sinqapur vergi dərəcələrini artırır
31.07.2018 [09:33] - Gündəm, İqtisadiyyat
Sinqapur hökuməti ölkə xərclərinin artmasını tarazlaşdırmaq naminə yaxın gələcəkdə vergiləri artırmağı planlaşdırır.

Bu barədə vergiler.az saytı xəbər verir. 2018-ci ilin əvvəlində ölkənin maliyyə naziri Xenq Svid Kit xəbərdarlıq edib ki, hökumət səhiyyə və infrastruktur sahələrinə ayrılan vəsaitləri artırdığına görə, daxili borclarla qarşılaşa bilər: “Biz gəlirlərin həcmini yeni vergilər hesabına və ya vergi dərəcələrini artırmaq yolu ilə böyüdə bilərik. Bu variantları diqqətlə təhlil edirik, vaxtında qərar qəbul etməliyik ki, gələcək nəsillər üçün dayanıqlı maliyyə bünövrəsi yaradaq”.

Nazir qeyd edib ki, hökumət 2020-ci ilə qədər öz tələbatlarının artırılması üçün kifayət qədər gəlir təmin etmək məqsədilə son beş il ərzində vergi strukturunu yenidən nəzərdən keçirib.

2016-cı ildə Sinqapurda vergi daxilolmaları beş faiz artaraq 34,6 milyard ABŞ dollarına çatıb.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed